N.Hauq karyerasını başa vurur…

Mercedes-Benz Motorsport-a 22 il başçılıq etmiş Daimler AG şirkətinin vitse-prezidenti Norbert Hauq bu ilin sonunda karyerasını başa vurmaq qərarına gəlib. […]

Mercedes-Benz Motorsport-a 22 il başçılıq etmiş Daimler AG şirkətinin vitse-prezidenti Norbert Hauq bu ilin sonunda karyerasını başa vurmaq qərarına gəlib.

Hauq Mercedes-Benz Motorsport-a 1990-cı il oktyabrın 1-dən başçılıq etməyə başlayıb, bu illər ərzində Mercedes və şirkətin tərəfdaşları Formula1-də 6 çempion titulu qazanmaqla yarışlarda 87 dəfə qələbəni bayram ediblər.

DTM-də Mercedes-in komandaları Hauqun rəhbərliyi altında ümumilikdə 32 titul qazanıblar. Bu müddət ərzində şirkətin idman bölməsinin nümayəndələri 986 yarış keçirərək 439 qələbə (45.4%) qazanıblar.

Diter Tsetşe, Daimler AG-nin icraçı direktoru: “İyirmi ildən çoxdur ki, Norbert Mercedes-Benz-in idman proqramının simasına çevrilmişdi. Mənim üçün Norbert böyük bir dövrü əks etdirir, bu dövrün həlledici anı isə “Gümüşü oxlar”ın Formula1-ə qayıtması oldu.

Şirkətin rəhbərliyi və bütün idman ailəsinin adından Norbertə üçşüalı ulduza sadiqliyinə görə təşəkkür etmək istəyirəm.”

Norbert Hauq: “Mən dünyanın ən yaxşı avtomobil şirkətinə 22 illik ehtirasımı ödədiyinə görə minnətdarlıq edirəm. Şirkət rəhbərliyinə ayrıca təşəkkür etmək istəyirəm – mənə etimad göstərdiklərinə və işimdə azadlıq verdiklərinə görə.

1991-ci ildən sonra biz böyük uğurlar qazandıq, çoxlu qələbələrə sevindik – mən buna görə kolleqalarıma minnətdaram. Təəssüf ki, zavod komandasının Formula1-ə qayıtmasından sonra cəmi bir qələbə qazandıq, amma biz düzgün istiqamətdə irəliləyirik. Bizim komandamız və sürücülərimiz qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələni edəcəklər.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*