N.Hauq: “Bizə mübarizəyə köklənmiş sürücü lazımdır

Bu il sürücülər bazarında təcrübəli sürücülərə tələbat böyükdür, Fernando Alonsonun Ferrari ilə müqaviləsi keçidlər mövsümünü açıb, amma bu mövsümün əsas […]

Bu il sürücülər bazarında təcrübəli sürücülərə tələbat böyükdür, Fernando Alonsonun Ferrari ilə müqaviləsi keçidlər mövsümünü açıb, amma bu mövsümün əsas faktoru razılaşmaların məbləği olacaq. Autosport saytına müsahibəsində Norbert Hauq bildirib ki, McLaren “büdcələr müharibəsi”ndə iştirak etməyəcək – komandaya elə sürücü lazımdır ki, ona maşının sürəti müqavilənin məbləğindən vacib olsun…

Norbert Hauq: “Bu il biz bir daha rəqabətədavamlı olduğumuzu sübut edə bildik, mövsümün ikinci yarısında Lyuis iki yarışda qələbə qazanıb, beş dəfə podiuma çıxıb, titul uğrunda mübarizə aparan sürücüləri qabaqlayıb. Bu isə komandanın düzgün istiqamətdə irəliləməsindən xəbər verir, vəziyyət stabilləşib və bizim həqiqətən sürətli maşınımızın sükanı arxasında vakant yerimiz var. Çempionatda belə bir təklifi üç, dörd, maksimum beş komanda edə bilər.

Komanda əmin olmalıdır ki, sükan arxasında motivasiyalı, ciddi mübarizəyə köklənmiş sürücü lazımdır, onu sürət puldan çox maraqlandırmalıdır.

Kimi Rəykkönen namizədlər arasındadır, amma variant çoxdur. Bir şeyi mən dəqiq deyə bilərəm – bizə müqavilənin məbləği ilə maraqlanan sürücü lazım deyil. Mən ad çəkmək istəmirəm, amma biz maksimum sürətli olmağa motivasiyalı sürücü almaq istəyirik, “mən ulduzam, mənə çoxlu pul verin” deyən sürücü bizə lazım deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*