N.Hauq: “Biz hər iki titul uğrunda mübarizə aparacayıq”

Mercedes Motorsport-un başçısı Norbert Hauq ümid edir ki, yeni maşın qarşıdakı mövsümdə hər iki titul uğrunda mübarizə aparmağa imkan verəcək… […]

Mercedes Motorsport-un başçısı Norbert Hauq ümid edir ki, yeni maşın qarşıdakı mövsümdə hər iki titul uğrunda mübarizə aparmağa imkan verəcək…

Norbert Hauq: “Qarşıdakı mövsümdə daim qələbə uğrunda mübarizə aparmalıyıq ki, hər iki titula namizəd olaq. Yeni maşın keçənilkindən yaxşı olmalıdır. Həm də hesab edirəm ki, Mixael Şumaher əvvəlki kimi xüsusi sürücüdür – sadəcə bi rfaktı deyim: keçən il o, yarışın startında ən çox qazanan sürücü olub. Əgər biz qələbə qazanmağa imkan verən maşın hazırlasaq, əminəm ki, o yenidən birinci yer uğrunda mübarizə aparacaq.”

Hauqun fikrincə, Formula1-in aparıcı komandaları yaxın vaxtlarda məsrəflərinə qənaət etməli olacaqlar…

Norbert Hauq: “Gec-tez biz məsrəfləri azaltmalıyıq – hesab edirəm ki, komandaların məsrəfləri McLaren, Renault və ya bizim komandamızın səviyyəsində məhdudlaşmalıdır. Bəzi komandaların istifadə etdikləri əlavə məsrəflər gələcəkdə mümkün olmayacaq. Komandalar məsrəflərini sponsorlar və TV yayımdan aldıqları gəlirlə məhdudlaşdırmalıdırlar – bizim komandamız məhz bu cür maliyyələşir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*