17 Dekabr 2017, Bazar - 10:12

Nasr Sauber komandasında qalmaq istəyir

Nasr Sauber komandasında qalmaq istəyir

Müəllif: Mir Cəlal Mir Cəlallı, müəllif

14:46 - 12 Oktyabr, 2016

F-1.az xəbər verir ki, Felipe Nasr Sauber-in müflis olmaqdan qurtulduğunu və 2017-ci ildə komandada yarışmaq istədiyini açıqlayıb.

Sauber komandası Longbow Finance şirkətinə satılmazdan əvvəl müflis olmağa çox yaxın idi. Felipe Nasr zəif bolidlə yarışdığı üçün özünü çarəsiz hiss edirdi. Komanda satıldıqdan sonra vəziyyət dəyişib və komandanın yenidən yüksəlişə keçəcəyi gözlənilir. Komandada qalıb qalmaması ilə bağlı suala Felipe Nasr müsbət cavab verib.

Felipe Nasr: “Komanda özünə gəlib və inkişafı görürəm. Yeni əməkdaşlar komandaya qatılıb və Sauber artıq inkişaf etməyə başlayıb. Komanda çox yaxşı şəkildə təsis olunmağa başlayıb və inkişaf baxımından bu il çox fərqli olacağıq. Gələn il üçün hazırlanan bolid geciksə də, komanda bütün qüvvəsi ilə çalışır. Hər şey yolundadır. Sauber satıldıqdan sonra vəziyyət müsbətə doğru dəyişdi. Hər şeyin yerinə oturması və inkişafın nəticə verməsi üçün bir az vaxta ehtiyacımız var. Sauber daim xal almağı bacaran komanda olub. Sağlam infrastruktur ilə aid olduğumuz yerə gələn il qayıdacağıq”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 106
Teqlər , ,
Paylaş

logo