14 Dekabr 2018, Cümə - 14:04

N.Tombasis Manor komandası ilə müqavilə imzalayıb

N.Tombasis Manor komandası ilə müqavilə imzalayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:59 - 16 Yanvar, 2016

Ferrari komandasının keçmiş baş konstruktoru Nikolas Tombasis Manor komandası ilə müqavilə imzalayıb. Nüfuzlu mütəxəssis komandanın aerodinamika şöbəsinə başçılıq edəcək.

F-1.az xatırladır ki, Formula1 karyerasına 1992-ci ildə Benetton komandasında başlayan Nikolas 2014-cü ilin sonunda Mauritsio Arrivabene tərəfindən Ferrari-dən qovulmuşdu, Skuderiyaya qədər isə McLaren komandasında xüsusi layihələr şöbəsinə başçılıq etmişdi…

Con MakKullyam, komandanın texniki direktoru: “Mən Nikolasın aerodinamika şöbəsinə başçılıq etməsinə çox şadam. Şübhə etmirəm ki, onun təyinatı bizim komandanı daha da möhkəmlədəcək və gücləndirəcək.

Əminəm ki, güc qurğusunu və ötürmələr qutusunu aldığmız bizim Mercedes AMG və Williams-dan olan tərəfdaşlarımızla birlikdə aerodinamika şöbəsi rəqabətədavamlı maşın hazırlaya biləcək. Bütün bunlar bizim məqsədimizə çatmağımıza imkan verəcək”.

Nikolas Tombasis: “Mən Manor komandasına qoşulmağa çox şadam. Bizim çox ciddi planlarımız var, bunları reallaşdırmaq üçün komanda zəruri sahələrə sərmayə yatızdırır. Mən çox şadam ki, bu layihənin bir hissəsi olacam.

Komandada güclü mütəxəssislər var və şadam ki, belə gözəl insanlarla birlikdə çalışacam. Biz əlimizdən gələni edəcəyik ki, qarşıdakı mövsümlərdə komandanın inkişafını təmin edək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 329
Teqlər , ,
Paylaş

logo