N.Todt: “Maldonado 2017-ci ildə qayıdacaq”

Venesuelalı sürücü Pastor Maldonado 2017-ci ildə Formula1-ə qayıtmağı planlaşdırır...

F-1.az xatırladır ki, sürücünün sponsoru olan PDVSA neft şirkəti lazımi məbləği ödəyə bilmədiyi üçün Maldonado Renault-dan ayrılmalı olub və venesuellalı sürücü bu il Formula1-də olmayacaq. Maldonadonu böyük ehtimalla Kevin Maqnussen əvəz edəcək.

Maldonadonun meneceri Nikolya Todt bu barədə fikirlərini bildirib: “Sizə onu deyə bilərəm ki, Formula1-dən əl çəkməmişik. Ümid edirəm ki, gələn il yenidən peletonda olmağın bir yolunu tapacayıq.

Bu və ya gələn mövsümdə nə edəcəyimizlə bağlı heç nə deyə bilmərik, çünki bunun üçün hələ tezdir”.

Nikolya Todt Maldonadonun Manor-a gedəcəyi ilə bağlı söz-söhbətlərə də aydınlıq gətirib: “Manor bizim üçün yaxşı seçim deyil. Williams və Lotus komandalarında 5 mövsüm keçirtdikdən sonra Manor-da yarışmaq mümkün deyil. Manor komandasına böyük hörmətimiz var, amma bu seçim Maldonado üçün məntiqsiz seçim olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*