20 Noyabr 2017, Bazar ertəsi - 06:03

N.Rosberq W07-dən razı qalıb (video)

N.Rosberq W07-dən razı qalıb (video)

Müəllif: Elçin Zodorov, redaktor

12:08 - 20 Fevral, 2016

Son iki ildə çempion olan Mercedes AMG komandası bu gün Silverstounda yeni maşını W07-nin reklam çəkilişlərini edib.

F-1.az xəbər verir ki, çəkilişlər zamanı yeni maşını ilk olaraq Niko Rosberq idarə edib və özünü sükan arxasında olduqca rahat hiss etdiyini bildirib.

Niko Rosberq: “İlkin təəssüratlarım yaxşıdır. Özümü maşında çox rahat hiss etdim. Sanki Abu Dabi yarışı dünən olubmuş kimi, bu gün də mübarizə əhval-ruhiyyəsində idim.

Rəqiblərimizi, xüsusilə də Ferrari-ni düzgün dəyərləndirməliyik. Onlar bizim üçün ən böyük təhlükə olacaqlar, buna görə də, hər şeyə ciddi yanaşmalıyıq. Kim deyə bilər ki, ilk yarışda neçənci yerdə finiş görəcəyik?..”

Komanda internetdə sürücünün dəbilqəsinə quraşdırılmış kameradan çəkilişləri də paylaşıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 283
Teqlər , , , , ,
Paylaş

logo