N.Rosberq Volffa cavab verib

Sabiq Formula1 sürücüsü Niko Rosberq Mercedes Motorsport-un rəhbəri Toto Volffun barəsində dediyi sözlərə cavab verib.

F-1.az xatırladır ki, Rosberq keçən il komanda yoldaşı Həmiltonla çətin mübarizədən sonra Dünya Çempionu titulunu qazanmışdı. Formula1 ictimaiyyəti düşünürdü ki, bu mübarizədə Həmilton daha aqressiv idi. Lakin Volff bu iddiaları təkzib edərək, əsl ara qarışdıranın Rosberq olduğunu demişdi.

Niko Rosberq: “Volfun barəmdə nə düşündüyünü çox yaxşı bilirəm. Buna görə də Britaniya mətbuatının yazdığı yazını ciddiyə almıram. Volff ilə görmə əngəlli uşaqlara yardım üçün 600 min avro toplamışıq.

Hərdən intetnetdə yazılan xəbərlərə baxıram və şərhlər gülməlidir. Bu, mənə təsir etmir. Mən mübarizədə qalib gəlmişəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*