N.Rosberq təqaüdə çıxdığını Volffa telefonda deyib….

Niko Rosberq bildirib ki, təqaüdə çıxacağını Toto Volffun üzünə deyə bilmədiyi üçün telefonda deyib.

F-1.az xatırladır ki, Rosberq Formula1-dən ayrılıq qərarını Əbu Dabidə çempionluğunu elan etdikdən bir gün sonra verdiyini deyib.

Almaniyalı bildirib ki, daha sonra Volffa zəng edib qərarını bildirmək onun üçün çətin olub: “Çox çətin idi. Üzbəüz deyə bilmədim və zəng etməli oldum. Üç saatlıq yuxudan sonra bunu demək çox çətin idi”.

Volff bildirib ki, Rosberqin ayrılıq səbəbləri onu razı salıb: “Çox çətin idi. Nikonu dəstəkləyən fanat ordusu ilə Malayziyada bir gün keçirdik. Mən belə şey görməmişdim. İnanılmaz idi. Kuala Lumpurdan Sinqapura, oradan isə Frankfurta uçduq. Daha sonra aramızda emosional söhbət oldu. Fikri qəti idi və qərarı haqqında heç bir şübhəsi yox idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*