20 Oktyabr 2017, Cümə - 05:31

N.Rosberq televiziya karyerasına başlaya bilər

N.Rosberq televiziya karyerasına başlaya bilər

Müəllif: Elçin Zodorov, redaktor

17:14 - 13 Oktyabr, 2017

Keçən ilin dünya çempionu Yaponiya Qran Prisində Sky Sports kanalının komandasında özünü ilk dəfə televiziya eksperti kimi yoxlayıb.

F-1.az xəbər verir ki, Nikonun kameralar qarşısındakı işi bir çoxlarının, o cümlədən sürücülük karyerasını bitirdikdən sonra şərhçi kimi çalışan Martin Brandlın xoşuna gəlib.

Martin Brandl: “Niko istənilən televiziya kanalı üçün çox dəyərli tapıntıdır. O, müasir hibrid maşınlar, bütün sürücülər və traslar barədə çox yaxşı bilir. Bundan əlavə, o, dünya çempionudur”.

Niko da öz növbəsində bildirib ki, bu iş çox xoşuna gəlib və gələcəkdə paddoka qayıda bilər: “Düşünürəm ki, televiziya ekspertliyinə yeni yanaşma gətirə və daha da yüksək səviyyəyə qaldıra bilərəm. Ola bilsin, elə bu il qayıtdım, lakin hələ heç bir telekanal qarşısında öhdəliyim yoxdur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 433
Teqlər , , ,
Paylaş

logo