11 Dekabr 2018, Çərşənbə axşamı - 08:39

N.Rosberq Şumaxerin pis xasiyyətlərindən danışıb

N.Rosberq Şumaxerin pis xasiyyətlərindən danışıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:08 - 14 Dekabr, 2017

Mercedes komandasının sabiq sürücüsü Niko Rosberq bildirib ki, 2010-2012-ci illərdə komanda yoldaşı olmuş Mixael Şumaxerdən çox şey öyrənib.

F-1.az xatırladır ki, 2016-cı ilin Dünya Çempionu hər 3 mövsümdə də Formula1-in ən titullu sürücüsünü məğlub edə bilmişdi. Lakin Rosberq bildirib ki, yeddiqat Dünya Çempionu tərəfindən psixoloji oyunlara məruz qalıb.

Niko Rosberq: “Eyni komandada ona qarşı yarışmaq böyük şərəf idi. Həm komanda ilə işlərdə, həm də mühəndislik bacarığı ilə komandanı təkmilləşdirməyə çalışırdı. Doğrudan da ondan çox şey öyrəndim. Onu hər mövsüm geridə qoydum. Bu da mənim karyerama çox kömək etdi. Əgər geridə qalsaydım, hazırda hər şey fərqli olardı.

Mixael psixoloji oyunlar oynamağı sevərdi. Bu onun əsas xüsusiyyətlərindən biri idi və mən onun əsas hədəflərindən biri idim. Bir dəfə yarış başlamamışdan əvvəl bolidə minməyə hazırlaşırdıq. Tualetə getməli idik. Mixael əvvəl getdi və gözlədiyimi bilə-bilə oradan gec çıxdı. Üzərimdəki təzyiqi artırmaq istəyirdi. Həmişə bu tərz şeylər edərdi, amma bunları etsəniz, mükəmməl olmağa başlayarsınız”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 210
Teqlər , ,
Paylaş

logo