N.Rosberq: “Sayns Ferstappen qədər güclüdür”

Niko Rosberq əmindir ki, Karlos Sayns da Maks Ferstappen qədər güclüdür.

F-1.az xatırladır ki, Sayns 2014-cü ildə Dünya Renault seriyasında mükəmməl performans göstərərək, çempion olub. Red Bull ispaniyalının bu performansından sonra onu 2015-ci ildə Toro Rosso komandasına transfer etmişdi.

Gənc sürücünün komanda yoldaşı Formula3 çempionatını 2014-cü ildə 3-cü başa vuran Maks Ferstappen olmuşdu. Hər iki sürücü 2015-ci ildə bir-birinə yaxın mübarizə aparmışdılar. Ferstappen daha çox xal yığsa da, Sayns gənc sürücünü sıralanma turunda məğlub edə bilmişdi.

Amma Red Bull bu mövsüm Ferstappeni əsas komandaya gətirdiyi halda, Sayns Toro Rosso-da yarışmağa davam edir. Red Bull gələn il də Rikkardo-Ferstappen cütü ilə yarışacaq, amma ispaniyalı sürücü karyerasını Toro Rosso-da davam etdirəcək.

Niko Rosberq: “Sayns çox güclü və çox yaxşıdır. Amma Ferstappen kimi güclü bolidi yoxdur. Bu, onu pis vəziyyətdə qoyur. İkisi eyni komandada yarışanda Sayns yaxşı performans göstərdi. Bir-birinə çox yaxın idilər. O, gələcəyin ən güclü sürücülərindən biri olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*