17 Dekabr 2017, Bazar - 12:04

N.Rosberq qələbədən sonra özünü xoşbəxt hiss edir

N.Rosberq qələbədən sonra özünü xoşbəxt hiss edir

Müəllif: Elçin Zodorov, redaktor

12:06 - 09 Oktyabr, 2016

F-1.az xatırladır ki, Niko Suzukada qalib gələrək yay fasiləsindən sonra baş tutan beçinci yarışda dördüncü qələbəsini qazanıb, çempionatda Həmiltonla arasındakı xal fərqini 33-ə qaldırıb.

Bu qələbədən sonra artıq hər şey Nikonun əlindədir. O, hətta qalan bütün yarışları ikinci yerdə tamamlasa belə, titulun sahibi olacaq.

Niko Rosberq: “Necə də möhtəşəm həftəsonu idi! Suzukada hər şey çox əla idi. Xüsusuilə də, belə əfsanəvi bir trasda qazanılan qələbə daha xüsusi olur. Həqiqətən də, çox xoşbəxtəm. Mənim üçün, komandam üçün əla yarış idi. Ümid edirəm ki, qalan 4 yarışda da belə yaxşı nəticə əldə edə bilərik.

Komandadakı hər kəsi Mühəndislər Kubokunu 3-cü dəfə qazanmağımız münasibəti ilə təbrik edirəm. Buna layiq idik. Mövsümboyu əlimizdən gələni etdik və çox çalışmağımızın qarşılığını aldığımız üçün xoşbəxtəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 149
Teqlər ,
Paylaş

logo