22 Noyabr 2017, Çərşənbə - 13:00

N.Rosberq qayıtmayacaq

N.Rosberq qayıtmayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

12:03 - 07 Noyabr, 2017

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Formula1-ə qayıtmayacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il Dünya Çempionu titulunu qazandıqdan 5 gün sonra istefa verərək, Formula1 karyerasını bitirmişdi.

Niko Rosberq: “Formula1-ə qayıtmaq alternativlərim arasında deyil. Həyatımda reallaşdırmaq istədiyim hər şeyi bacardım və artıq yeni şeylər sınamaq istəyirəm. Yarışlar üçün darıxmıram. Artıq yarışları izləmək bəs edir. Lyuislə rəqabət bitdikdən sonra aramız düzəldi. Bu il o daha güclü idi və çempionluğa layiq idi. Gələn il ön qrupdakı fərqlər azalsa, daha gözəl yarışlar görə bilərik. Belə olsa, azarkeşlərin də marağı artar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 657
Teqlər ,
Paylaş

logo