20 Oktyabr 2017, Cümə - 05:37

N.Rosberq: “Monakoya çempion kimi qayıdıram”

N.Rosberq: “Monakoya çempion kimi qayıdıram”

Müəllif: Rauf Hacıyev, redaktor

10:03 - 24 May, 2017

Keçən il Dünya Çempionu olduqdan 5 gün sonra gözlənilmədən istefa verən Niko Rosberq bildirib ki, Monako yarışını kənardan izləmək qəribə olacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü Monakoda 2013-2015-ci illərdə ardıcıl 3 yarış qazanmışdı. Qeyd edək ki, Rosberq bu göstəriciyə görə 4-cü sürücüdür və 31 yaşlı sabiq sürücüdən əvvəl bu uğura Qrəhəm Hill, Alen Prost və Ayrton Senna imza atmışdılar.

Niko Rosberq: “Monakoya yenidən qayıtmaq mənim üçün emosional olacaq, çünki karyeramın ən gözəl xatirələrini burada yaşamışam. Trasa yenidən qayıdıram və tanıdığım insanları yenidən görəcəm. Burada fanlar həmişə mükəmməl idi və onlarla yenidən bir araya gələcəm. Buraya çempion kimi qayıtmaq inanılmaz olacaq.

Karyeramı zirvədə tamamladım və etmək istədiklərimi etmişəm. Mükəmməl hisslərlə və çempion kimi qayıdıram. Monako mənim evimdir.

Bu il geridə qalan yarışlar Formula1 üçün mükəmməl idi. İstədiyimiz hər şey var – həyəcan, strategiya və proqnozlaşdırmağı mümkünsüz olan yarışlar. Ümid edirəm ki, daha gözəl olar. Gözüm Sebastyanla Lyuisin üzərindədir, çünki əsl mübarizə onlar arasında gedir və gözəl performans göstərirlər. Düzdür, arxa qrupda da yaxşı işlər görənlər var, lakin Formula1-in ulduzları Lyuis və Sebastyandır. Lyuis üçün bu mövsüm fərqlidir, çünki əvvəlki mövsümlərdə komandanın yarısı onu dəstəkləyirdi, ancaq indi bütün komanda onun arxasındadır. Vəziyyət çox fərqlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 874
Teqlər , , ,
Paylaş

logo