24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:29

N.Rosberq: “Lyuis bütün zamanların ən yaxşı pilotlarından biridir”

N.Rosberq: “Lyuis bütün zamanların ən yaxşı pilotlarından biridir”

Müəllif: Elçin Zodorov, redaktor

14:03 - 11 May, 2017

F-1.az Bild-ə istinadən xəbər verir ki, Niko Rosberq dörd mövsüm komanda yoldaşı olduğu Lyuis Həmilton barədə xoş sözlər deyib.

Niko Rosberq: “Formula1-də məndən də istedadlı sürücülər var. Düşünürəm ki, mənim keçmiş rəqibim Lyuis Həmilton Formula1 tarixinin ən yaxşılarından biridir. Onunla mübarizədə uğur qazanmaq üçün üzərimə var gücümlə işləmək və güzəştə getməmək düşürdü. Mən bunu bacardım. Biz yenidən əvvəlki kimi dost ola bilərik? Niyə də yox?”

Qeyd edək ki, bu ikili uşaqlıqdan bir yerdə böyüyüb və dostluq münasibətləri ilə tanınırdı. Lakin Mercedes AMG-nin heyətində apardıqları çempionluq mübarizəsi münasibətləri pisləşdirmişdi. Görəsən buzlar əriyəcək?


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 767
Teqlər , ,
Paylaş

logo