16 Dekabr 2017, Şənbə - 20:50

N.Rosberq: “Liderliyi itirmək mənə təsir etmir”

N.Rosberq: “Liderliyi itirmək mənə təsir etmir”

Müəllif: Elçin Zodorov, redaktor

10:01 - 27 İyul, 2016

F-1.az xatırladır ki, alman sürücü Macarıstan Qran Prisindən əvvəl Lyuis Həmiltonun son yarışlardakı üstünlüyündən narahat olmadığını bildirmişdi. Bu mövsümün ən yaxşısının özü olduğunu, çempionatdakı vəziyyətin də bunu əks etdirdiyini sözlərinə əlavə etmişdi. Bazar günü yarışdan sonra vəziyyətin dəyişdiyini qəbul edən Niko bunun çox da vacib olmadığını düşünür.

Niko Rosberq: “Əslində hər şey çox sadədir. Lyuisin mövsümün geridə qalan hissəsinin ən yaxşısı olduğunu deyə bilərsiniz. Xal fərqi cəmi 6 olsa da. Mənim üçün dəyişən bir şey yoxdur. Çünki xallar çox yaxındır və hər yarışda qalib gəlmək şansım var. Son yarışlarda bir-birimizə çox yaxın idik. Çox xırda faktorlar qələbələr və ya məğlubiyyətlərə səbəb oldular. Motivasiyalıyam və Hokkenhaymda vəziyyəti öz xeyrimə dəyişəcəyimə əminəm.

Həmişə dediyim kimi, xal hesabı aparmıram. Lyuisin geri qayıdışını gözləyirdim, həmişə 43 xal qabaqda olacağımı düşünmürdüm. Yenidən onun gerilədiyi, mənim birinci olduğum yarışlar olacaq. Lyuislə mübarizə aparmaq həmişə çətindir. O, dünya çempionudur. Mən sadəcə yarışlara baxıram. Almaniyada qalib gəlməliyəm. Macarıstanda məyus oldum. Lakin bu çempionatdakı vəziyyətə görə yox, qalib gələ bilmədiyimə görə idi.

Hokkenhaymdakı yarış daha həyəcanlı olacaq. Çünki öz evimdə yarışacayam. Bu, hər şeyi xeyrimə dəyişmək üçün əla fürsətdir. Öz azarkeşlərimin qarşısında qalib gəlmək üçün sürəcəm. Burada özümü yaxşı hiss edirəm və 2014-cü ildəki qələbəmi təkrarlamaq istəyirəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər , , , , ,
Paylaş

logo