23 Oktyabr 2017, Bazar ertəsi - 17:14

N.Rosberq Kubitsanı Formula1-ə qaytaracaq

N.Rosberq Kubitsanı Formula1-ə qaytaracaq

Müəllif: Rauf Hacıyev, redaktor

16:21 - 15 Sentyabr, 2017

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq artıq Robert Kubitsanın meneceridir. Almaniyalı çempionun əsas məqsədi isə 32 yaşlı sürücüyə gələn il üçün komanda tapmaqdır.

F-1.az xatırladır ki, polşalı sürücü 2011-ci ildə rallidə qəza edərək, biləyini zədələmişdi. Lakin Kubitsa bu il həm Lotus-un 2012-ci il bolidi ilə, həm də Renault-nun 2017-ci il bolidi ilə testlər etmişdi. 2008-ci ildə Kanada yarışını qazanmış sürücü Renault-nun transfer siyahısında olsa da, fransızlar Macarıstandakı testlərdən sonra Karlos Saynsı seçməyə qərar veriblər. Amma Kubitsanın meneceri Aleksandr Alunni Bravi bildirib ki, polşalı sürücü ilə digər komandalar da maraqlanır. Artıq Rosberq də Kubitsanın gələn il Formula1-də yarışmasını təmin etməsi üçün Bravi ilə işləyəcək.

Robert Kubitsa: “Niko ilə bunun üzərində işləmək əla olacaq. Uşaqlıqdan bir-birimizi tanıyırıq”.

Niko Rosberq: “Robert və Lyuis indiyə kimi yarışdığım ən sürətli sürücülərdir. Buna görə də onun Formula1-ə qayıtması üçün işləməkdən razıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 346
Teqlər , ,
Paylaş

logo