N.Rosberq: “İkinci olmaq üçün yarışmayacam”

Niko Rosberq bildirib ki, son 3 yarışda ikincilik mübarizəsi aparmayacaq və yalnız qələbəyə fokuslanacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü Həmiltonu 26 xal qabaqlayır və növbəti yarışlarda ikinci olsa belə, Dünya Çempionu titulunu qazanacaq.

Amma Rosberq bildirib ki, bu cür çempion olmaq istəmir: “Amerikaya qazanmaq üçün gəlmişdim. Amma Lyuis çox sürətli idi. Bunu qəbul etdim və hazırda Meksika yarışına fokuslanmışam. Əsas məqsədim mümkün olan hər şeyi qazanmaqdır. Çempionluq mübarizəsinin sonuna yaxınlaşırıq. Buna görə də, diqqətimi dağıtmadan yarışlara fokuslanmalıyam.

Lyuis çox güclü rəqibdir. Əgər onunla komanda yoldaşısınzısa və çempionluq mübarizəsi aparırsınızsa, əlinizdən gələn hər şeyi etməlisiniz. Mən il ərzində bunu etdim və edəcəm. Komanda bizə çox güclü iki bolid verdi. Bu uğurumuzun ən böyük səbəbkarı onlardır. Buna görə də hamısına təşəkkür edirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*