15 Dekabr 2017, Cümə - 23:54

N.Rosberq ikinci dəfə ata olacaq

N.Rosberq ikinci dəfə ata olacaq

Müəllif: Elçin Zodorov, redaktor

17:20 - 21 May, 2017

Keçən mövsüm çempion olduqdan bir neçə gün sonra karyerasını bitirdiyini elan edərək hamını şoka salan Niko Rosberq bu qərarını ailəsi ilə daha çox vaxt keçirə bilmək üçün verdiyini demişdi.

F-1.az xatırladır ki, Niko tez-tez həyat yoldaşı Vivianın və yayda iki yaşı tamam olacaq qızı Alayanın onun həyatında ən vacib insanlar olduğunu qeyd edir. Formula1-də istəyinə nail olduqdan sonra bu addımı müəyən qədər başa düşüləndir. Lakin onun idmandan getməsinin daha bir səbəbi bu günlərdə məlum olub. Niko Almaniyanın Bild am Sonntag nəşrinə müsahibəsində bildirib ki, tezliklə onların ailəsinin yeni üzvü dünyaya gələcək. Son dünya çempionu uşağın cinsi barədə məlumat verməyib.

Niko Rosberq: “Biz çox xoşbəxtik! Bu, mənim yeni həyatımda ən böyük hədiyyədir. Hər şey çox gözəldir, axı mən ailəmin yanındayam. Çox şadam ki, belə bir vaxtda Viviana kömək edə bilirəm. Alaya anadan olanda hər şeyi o etmişdi. Bununla yanaşı, mənə hər addımda dəstək olurdu. Bütün bunlara görə Viviana minnətdaram. Nə edəcəyimlə bağlı qərarları özüm verirəm və bu, məni sevindirir. Avtoidman karyeram başa çatıb və yarışlar üçün darıxmıram. Lakin indi anlamağa başlayıram ki, yarışmaq nə qədər gözəl idi.”

Nikonun gələcək planları barədə düşünmək üçün kifayət qədər vaxtı var və özünü yeni sahələrdə yoxlamaq istəyir: “Mən bir çox maraqlı insanlarla qarşılaşıram. Məsələn, bu yaxınlarda Google-un Avropa konqresində çıxış etdim və şam yeməyi zamanı Erik Şmidt (Google-a məxsus olan Alphabet şirkətinin direktorlar şurasının sədri) ilə söhbətimiz oldu. O, məni ABŞ-a – Silikon Vadisinə dəvət etdi. Yayda ora getməyə hazırlaşıram”.

Rosberq sevincini şəxsi Twitter blogunda da paylaşıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 055
Teqlər , , ,
Paylaş

logo