21 İyun 2018, Cümə axşamı - 12:19

N.Rosberq: “Həmiltonun məni ləngitməsini gözləməzdim”

N.Rosberq: “Həmiltonun məni ləngitməsini gözləməzdim”

Müəllif: Rauf Hacıyev, redaktor

21:26 - 29 Noyabr, 2016

Formula1 üzrə yeni Dünya Çempionu Niko Rosberq bildirib ki, mövsümün son yarışında komanda yoldaşı Lyuis Həmiltonun onu yavaşlatmasını gözləmirmiş.

F-1.az xatırladır ki, Həmilton çempion olmaq üçün yarışı qazanmalı və Rosberq isə ən yaxşı halda 4-cü olmalı idi. Amma britaniyalı bu planın normal hallarda reallaşmadığını gördüyü halda, sürətini azaldaraq Rosberqi ləngitməyə başlamışdı.

Komandası Həmiltondan bir neçə dəfə sürətlənməsini istəsə də, britaniyalı təlimatları dinləməyərək, yavaş getməyə davam etmişdi. Beləliklə də, Fettellə Ferstappenin Rosberqə yaxınlaşmasını təmin etmişdi.

Britaniyalının bu taktikanı tətbiq edəcəyi yarışdan əvvəl proqnozlaşdırılsa da, Rosberq təəccübünü gizlətməyib…

Niko Rosberq: “Gözləmirdim. Bəlkə də sadəlöhvlük etdim, amma gözləmirdim. Bu barədə çox danışmaq istəmirəm. Komandanın tərəfini anlamaq çətin deyil, amma il ərzində eyni şeyi edirik və bu son yarışda da dəyişmir. Lyuisi də anlayıram, çünki ortada Dünya Çempionluğu var. Biz yarışçıyıq və mübarizə etmək üçün buradayıq. Olanlar oldu”.

Fettel Rosberqə yaxınlaşarkən mühəndisi almaniyalıya çempionluq üçün 3-cü yerin ona bəs etdiyini demişdi. Amma Rosberq ikinci yer uğrunda sona qədər mübarizə apardı.

Niko Rosberq: “Arxamda Fettel və Ferstappen var idi. İkinci yeri qorumaq istədim, çünki bir yer itirəndə işlərin necə dəyişəcəyini heç kim bilmir. Ferstappen məndən iki pillə geridə idi və yarışın sonunda arxamda olmasını istəmədim.

Liderliyi ələ ala bilmədim. Zaman nəticələrimi yaxşılaşdırmaq istəyirdim, amma Lyuis çox güclü idi. 21-ci döngəyə qədər sürətlə gedirdi. İlk sektorda və ikinci sektorun yarısında çox sürətli idi. Ötmə etmək üçün ən əlverişli yerlər orada idi. Lazımi qədər yaxınlaşa bilmədim, çünki eyni bolidi sürürdük. Sonra onu keçə bilməyəcəyim yerlərdə məni ləngitməyə başladı. Bunu çox yaxşı edirdi və keçmək üçün yer buraxmırdı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 334
Teqlər , , , , , ,
Paylaş

logo
kecioren evden eve nakliyat gaziantep evden eve nakliyat mardin evden eve nakliyat alucrabeylikduzu escort beylikduzu escort bayan hacklink hacklink
antalya escort antalya jigolo