N.Rosberq: “Həmilton təslim olmayacaq”

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq hesab edir ki, Həmilton çempionluq mübarizəsindən əl çəkməyəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilk 3 yarışın hamısında qalib gəlib və xal fərqini 36-ya qaldırıb. Bu isə bir yarışda qazanılacaq maksimum xaldan çoxdur.

Niko Rosberq: “Ən uzun Formula1 mövsümündəyik və hələ də 18 yarış qalıb. İlk 3 yarışı qazanmaq əla oldu. Heç düşünməmişdim ki, vəziyyət belə gətirər.

Yarışlarda qalib gəlmək əla hissdir. Amma mənim komanda yoldaşım Lyuis Həmiltondur. O, 3 qat Dünya Çempionudur. O, heç vaxt təslim olmaz.

Ferrari-nin ilk yarışlarda bəxti gətirmədi. Onların real gücünü hələ də görməmişik. Biz başımızı aşağı salıb, işləməyə davam etməliyik”.

Sabiq Formula1 sürücüsü Patrik Tambe isə Rosberqlə eyni fikirdə deyil: “Lyuis yarışlara fokuslanmır. O, onsuz da çempion oldu və Niko kimi qərarlı deyil. Bəlkə də artıq əvvəlki keyfiyyətdə sürmür”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*