N.Rosberq: “Həmilton əla performans göstərdi”

Niko Rosberq bildirib ki, Lyuis Həmilton Meksika yarışında əla performans göstərib və startdakı hadisəyə görə cəza almaması doğru qərardır.

F-1.az xatırladır ki, Həmiıton startda gec əylənərək, ilk döngəni kəsmişdi. Amma bu hadisə stüardlar tərəfindən araşdırılmayıb.

Restartdan sonra britaniyalı sürücü hər şeyi nəzarətdə saxlayaraq, rahatlıqla qalib gəlib.

Niko Rosberq: “Birincisi, onu deyə bilərəm ki, Lyuis əla performans göstərdi. İlk döngədəki insidentdə də birinci yerdə idi və döngədən birinci yerdə çıxdı. Burada heç bir problem görmürəm. Amma yarış mənim üçün daha hərəkətli idi. Nəticədə ikinci oldum və bunu qəbul etməliyəm. Lyuis daha sürətli idi və qazanmağa layiq idi”.

Rosberq Braziliyada qazanacağı halda, karyerasında ilk dəfə Dünya Çempionu titulunu olacaq. Almaniyalı bu barədə də danışıb: “Mənim üçün işlər yarışdan-yarışa gedir. Braziliyaya da həmişəki kimi qələbə qazanmaq üçün gedəcəm. Ümid edirəm ki, işlər istədiyim kimi gedər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*