19 Noyabr 2017, Bazar - 01:33

N.Rosberq: “Genlərim çempion olmağa kömək etdi”

N.Rosberq: “Genlərim çempion olmağa kömək etdi”

Müəllif: Rauf Hacıyev, redaktor

12:01 - 05 Noyabr, 2017

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, çempion olmaqda genləri ona kömək edib.

F-1.az xatırladır ki, Nikonun atası Keke Rosberq 1982-ci ildə bir qələbə qazanmasına baxmayaraq, Dünya Çempionu ola bilmişdi.

Niko Rosberq: “Atam yarışçı olduğu üçün kiçik yaşlarımda kartinqə başladım və daha sonra davamı gəldi. Qazandığım uğurlarda genlərim vacib rol oynadı. Məncə, uğurun 66 faizi genetikaya görə, 34 faizi isə mənim istedadıma görə gəldi. Həmişə pozitiv olmağa çalışdım. Bir neçə dəfə çempionluğu itirdikdən sonra mental olaraq növbəti mövsümə hazırlaşmaq asan deyil. Amma ailəmin və komandanın köməyi ilə bunu bacardım. İstədiyimi əldə edərək idmandan ayrıldım və peşman deyiləm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 641
Teqlər , ,
Paylaş

logo