20 Noyabr 2017, Bazar ertəsi - 11:33

N.Rosberq Formula E-yə keçir?

N.Rosberq Formula E-yə keçir?

Müəllif: Rauf Hacıyev, redaktor

16:13 - 27 İyul, 2017

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq Mercedes-in Formula E komandasında rəhbər vəzifəsini tuta bilər.

F-1.az xatırladır ki, Mercedes 2019-cu ildən etibarən Formula E-də də mübarizə aparacaq. Beləliklə, Formula E-də 2019-cu ildən etibarən Audi, BMW, Mercedes, Jaguar ve Renault kimi markalar mübarizə aparacaqlar.

Almaniyanın Auto Bild nəşri isə iddia edib ki, Formula1-dən keçən il istefa verən Niko Rosberq Mercedes-in Formula E komandasına rəhbərlik edə bilər. Almaniyalı çempiona yaxın olan resurslar da Rosberqin bu təklifi rədd etmədiyini bildiriblər: “Rosberq Monakoda Formula E-nin rəhbəri Alexandro Aqaq ilə danışıqlar aparırdı”.

Əgər bu xəbər təsdiqlənsə, Rosberq Prostdan sonra Formula E-də komandaya başçılıq edən Formula1 üzrə ikinci Dünya Çempionu olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 784
Teqlər , , , , , , , ,
Paylaş

logo