N.Rosberq: “Fettel zəng edərək üzr istədi”

F-1.az xatırladır ki, Malayziya Qran Prisinin startındakı insidentin səbəbkarı olan Sebastyan Fettel buna görə Maks Ferstappeni günahlandırmışdı.

Lakin stüardlar tərəfindən hadisəyə görə cəzalandıqdan sonra Sebastyan Nikoya zəng edərək üzr istəyib. Bu barədə Niko YouTube-da yayımlanan videosunda məlumat verib.

Niko Rosberq: “Sebastyan mənə zəng etdi. Üzr istədi və bu, çox xoş davranış idi. Üzr istəməsi itirdiyim xalları geri qazandırmır, lakin yenə də bunu eşitmək gözəldir. Yaxşı start almışdım. Həmiltona çox yaxın idim, amma arxadan böyük zərbə alaraq yerimdə fırlandım. O anda maşının zədələndiyini, yarışın mənim üçün bitdiyini düşündüm. Mümkün qədər cəld davrandım ki, çox vaxt itirməyim. Maşının yaxşı vəziyyətdə olması təəccüblü idi. Bir qədər zədələnmişdi, lakin yarışmaq olardı. Çox təəccüblənmişdim.

Sonra isə əlimdən gələni etdim. Həm də o qədər pilotla mübarizə aparmaq çox maraqlı və əyləncəli idi. Xeyli irəlilədikdən sonra Kimi ilə mübarizə apardım. Onu keçmək üçün etdiyim həmlə çox aqressiv idi və cəzamı qəbul edirəm. Yaxşı ki, cəzaya görə yerimi itirmədim”.

Xatırladaq ki, Sebastyan həmin insidentə görə Yaponiya Qran Prisinin startında 3 yer itirəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*