N.Rosberq: “Ferstappen çempion ola bilməz”

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, Maks Ferstappen çox istedadlı olsa da, indiki tərzini davam etdirsə, çempion ola bilməyəcək.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il ilk 3 yarışın hamısında ən azı bir ciddi səhv edib. 20 yaşlı pilot hazırda sərt tənqidlərə məruz qalıb. Amma Red Bull komandasının gənc sürücüsü tərzini dəyişdirməyəcəyini deyib.

Niko Rosberq: “Maks hazırda Formula1-in ən istedadlı sürücülərindəndir. Gələcəyi parlaqdır, amma indiki kimi sürməyə davam etsə, Dünya Çempionu ola bilməz. Çox səhv edir. İlk 3 yarışda 5 böyük səhv edib və bu, doğrudan da çoxdur. Gənc sürücü üçün çətin günlər idi, çünki Çində çempionatın liderinə çırpıldı. Həm özünə, həm də ona zərər verdi. Xəta 100 faiz onda idi və cəza aldı. Komanda yoldaşı isə inanılmaz performansla yarışı qazanır. Doğrudan da çətindir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*