N.Rosberq əsəbidir

Niko Rosberq Amerikadan sıralanma turunda komanda yoldaşından geridə qalıb və buna görə məyus olduğunu deyib...

F-1.az xatırladır ki, Rosberq əvvəlki iki ildə Amerikada poul qazanmışıdı. Almaniyalı sürücü bildirib ki, bu dəfə öz səhvinə görə poulu əldən verib.

Amma bütün bunlara baxmayaraq, Rosberq atdığı dövrədən razı qaldığını deyib: “Xüsusi halla qarşılaşmadım. İlk sektorda Lyuis məndən sürətli idi. Bu qədər bəsit. Yenə də yaxşı dövrə vurdum. Ekranda Lyuisin məni keçdiyini görəndə bir az əsəbləşdim, amma bunlar idmanda olan şeylərdir. Əlimdən heç nə gəlmirdi.

Bu il sıralanma turları elə də önəmli deyil. İkinci yerdən başlasam belə qələbə şansım var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*