11 Dekabr 2018, Çərşənbə axşamı - 06:26

N.Rosberq: “Bu il Fettel çətin çempion olsun”

N.Rosberq: “Bu il Fettel çətin çempion olsun”

Müəllif: Rauf Hacıyev, redaktor

08:11 - 15 Oktyabr, 2017

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, yerlisi Fettelin çempion olmaq şansı çox azdır.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüsü əsas rəqibi Həmiltondan 59 xal geri qalır və mövsümün bitməsinə 4 yarış qalıb.

Niko Rosberq: “Əminəm ki, Ferrari güclü formada qayıdacaq, amma xal fərqi çoxdur və Sebastyanın çempion olması çətin görünür. Lyuis formadadır və çempionluğu əldən verməsi mümkün deyil. Amma Sebastyan əsl döyüşçüdür və hər şey ortadadır. Qalan yarışlar bizə həzz verəcək. Ferrari-yə artıq möcüzə lazımdır, amma əminəm ki, tam güclə mübarizə aparacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 714
Teqlər , ,
Paylaş

logo