N.Rosberq: “Bu, ideal başlanğıcdır!”

Geridə qoyuğumuz 2 ildə çempionluq mübarizəsində komanda yoldaşına uduzan Niko bu mövsümə demək olar ki, keçən il qaldığı yerdən başladı. Xatırladaq ki, Niko keçən ilin son 3 yarışının hamısını qələbə ilə başa vurmuşdu.

F-1.az xəbər verir ki, 6 yarışlıq poul seriyası dünən Həmilton tərəfindən qırılan alman sürücü startda Ferrari sürücüləri tərəfindən keçilsə də, komandanın düzgün strategiyasının da köməyi ilə mövsümə qələbə ilə başladı. Bu, onun karyerasındakı 15-ci qələbəsidir.

Niko Rosberq: “İlk yarışda qalib gəldim. Olduqca razıyam. Mövsümə əla start verdim. Strategiyamız əla idi və qələbəmdə mühüm rol oynadı. Komandama möhtəşəm işə görə təşəkkür edirəm”.

Niko yarışın əvvəlində Həmiltonu trasdan bir qədər çıxmağa məcbur etməsinə də toxunub: “Bu barədə Lyuis dedikdə məlumatım oldu. Yarışda bunu hiss etməmişdim. Həmin anın görüntülərinə baxmalıyam. Əgər onu buna məcbur etmişəmsə, üzr istəyirəm. Çünki belə niyyətim yox idi…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*