N.Rosberq: “Bottas və Verlyayn münasib namizədlərdir”

Niko Rosberqin çempion olduqdan sonra gözlənilmədən karyerasını bitirməsi Mercedes AMG-ni çətin vəziyyətə salıb. Hazırda idman dünyasında ən çox müzakirə olunan mövzulardan biri Həmiltonun komanda yoldaşının kim olmasıdır.

Mercedes AMG-yə keçməyə namizəd kimi bir çox sürücünün adı hallanır. F-1.az xəbər verir ki, Nikonun özü də bu barədə fikirlərini bildirib.

Niko Rosberq: “Həm Valtteri, həm də Paskal Mercedes AMG üçün uyğun sürücülərdir. Valtterinin nələrə qadir olduğunu bilirsiniz. Paskal da çox istedadlıdır, lakin daha riskli variantdır”.

Rosberqin Avropa gəzintisi davam edir. Həftəsonunu Berlində keçirən Niko üzərində bütün dünya çempionlarının, o cümlədən özünün adı yazılmış məşhur kuboku da özü ilə gəzdirir. Sabiq sürücü etiraf edib: “Mən bu kuboku yataq otağımdakı masanın üstündə saxlamaq istərdim, lakin bu barədə əvvəlcə həyat yoldaşımla müzakirə etməliyəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*