N.Rosberq bizneslə məşğul olacaq?

Niko Rosberq dünya çempionu olduqdan bir neçə gün sonra gözlənilmədən karyerasını bitirdiyini açıqlamışdı. Lakin gələcəkdə nə ilə məşğul olacağı barədə məlumat verməmişdi.

F-1.az xəbər verir ki, Niko Frankfurter Allgemeine Zeitung-a gələcək planlarından danışıb.

Niko Rosberq: “Mənim Formula1-dəki missiyam başa çatıb. Yarışlarda öz imkanlarımdan maksimum istifadə etmişəm. Artıq yeni layihələr üzərində işləməyə başlamaq vaxtıdır. Mənim bir neçə ideyam var və ola bilsin ki, onlar biznes fəaliyyəti ilə bağlı olacaq”.

Niko Lyuis Həmiltonla olan münasibətləri barədə də danışıb: “Ola bilsin ki, biz yenidən dostlaşacayıq. Əgər belə bir imkan yaranarsa, mən yalnız şad olaram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*