23 Oktyabr 2017, Bazar ertəsi - 09:53

N.Rosberq atasının yolu ilə gedəcək?

N.Rosberq atasının yolu ilə gedəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

12:13 - 16 Dekabr, 2016

Niko Rosberq bildirib ki, atası kimi gələcəkdə sürücü meneceri ola bilər.

F-1.az xatırladır ki, Nikonun atası Keke Rosberq Formula1 karyerasını bitirdikdən sonra Mika Həkkinenə menecerlik etmiş və finlandiyalı sürücü ilə iki dəfə Dünya Çempionu titulunu qazanmışdı.

Niko Rosberq bir daha yarışmayacağını bildirsə də, gələcəkdə Formula1-də olmaq istədiyini bildirib: “Adrenalin yaşamaq istəyirəm. Bir şeylə məşğul olmalıyam və bunu Formula1-də etmək istəyirəm. Filmlərdə də oynamağı düşündüm, amma bunlar zarafardır. Çox şey etmək istəyirəm. Memar olan yoldaşımla bəzi layihələr üzərində işləyə bilərik. Bundan başqa Formula1-ə də yaxın olmaq istəyirəm. Əgər adrenalinə ehtiyacım olsa, dostlarımla kartinq edə bilərik. Ən yaxşı seçim isə gənc bir sürücüyə menecerlik etməkdir. Atam kimi bu sahədə yaxşı işlər görə bilərəm. Yeni mövsüm başladıqdan sonra bir qərar verəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 293
Teqlər , , ,
Paylaş

logo