N.Rosberq arxayınlaşmayacaq

Niko Rosberq turnir cədvəlindəki üstünlüyünə baxmayaraq, ehtiyatı əldən buraxmayacağını bildirib...

F-1.az xatırladır ki, almaniyalı sürücü Həmiltonu turnir cədvəlində 23 xal qabaqlayır. Amma Həmilton son 5 yarışı qazansa, 4-cü Dünya Çempionu titulunu əldə edəcək. Buna görə də Rosberq son 5 yarışa ancaq qələbə prinsipi ilə çıxacaq: “Hər həftəsonuna xüsusi şəkildə fokuslanıram. Çempionluğun necə gələcəyini düşünmək istəmirəm. Sadəcə Malayziyadakı tempimi qorumaq istəyirəm. Suzukada yenidən qalib gəlmək istəyirəm.

Hazırkı xal fərqinə görə arxayınlaşmaq istəmirəm. Yalnız qalib gəlmək istəyirəm”.

Rosberq bildirib ki, Həmiltonun Malayziyada başına gələn hadisə çox qorxunc olub. Xatırladaq ki, Rosberq 2014-cü ildə mövsümün son yarışı Abu Dabidə mexaniki problem yaşamışdı və çempionluq ümidləri yox olmuşdu: “Həmiltonu başa düşürəm, çünki 2014-cü ilin son yarışında bu cür vəziyyətlə üzləşmişdim. İki böyük problem yaşamışdım və özümü pis hiss etmişdim. Əminəm ki, o psixoloji cəhətdən sarsılıb”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*