N.Mənsell: “Həmilton bütün rekordları qıra bilər”

Formula1 üzrə 1992-ci ilin Dünya Çempionu Naycel Mənsell bildirib ki, Lyuis Həmilton 4-5 ilə Mixael Şumaxerin qələbə rekordunu qıra bilər.

F-1.az xatırladır ki, Lyuis Həmilton indiyə kimi 62 qələbə qazanıb və bu statistikada təkcə 91 qələbə qazanan Mixael Şumaxerdən geridə qalır.

Naycel Mənsel: “Məncə, Lyuis əfsanəvi Şumaxerin bütün rekordlarını qırmağa çalışacaq. 91 qələbə və 7 çempionluq qazanmaq asan olmayacaq. Amma Lyuis bunu bacara bilər. Hələ 32 yaşı var. Mən 39 yaşımda Dünya Çempionu olmuşdum. Mercedes-də yarışsa, əlində yaxşı fürsət olacaq. Hazırda 62 qələbəsi var və hər il 8-9 qələbə qazanır. 4-5 ilə bütün rekordları qıra bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*