N.Mənsell Alonsonu anlamır

Formula1 və İndyCar seriyalarının qalibi Naycel Mənsell bildirib ki, Fernando Alonsonun iki fərqli seriyada yarışmağını anlamır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Formula1-də McLaren-lə, WEC-də isə Toyota ilə mübarizə aparacaq.

Naycel Mənsell: “Bunun arxasındakı motivasiyanın nə olduğunu bilmirəm. Məncə, bolid düşündüyümüz kimi rəqabətədavamlı deyil. Buna görə də başqa seriyada yarışlar qazanmaq istəyir. Fernando çempiondur və həmişə ön cərgələrdə mübarizə aparıb qələbələr qazanmaq istəyir. Amma iki seriya bir-birinə təsir etməməlidir. Əgər belə olsa, çox əylənəcək. Ümid edirəm ki, öz qapılarına qol atmazlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*