19 Noyabr 2017, Bazar - 08:47

N.Mazepin Force İndia-nın test sürücüsüdür

N.Mazepin Force İndia-nın test sürücüsüdür

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:15 - 01 Fevral, 2016

Force İndia komandası bu gün 16 yaşlı rusiyalı sürücü Nikita Mazepin ilə test sürücü müqaviləsi imzaladığını təsdiq edib – Nikita təkmilləşdirici sürücü (development-drayver) vəzifəsini icra edəcək.

F-1.az bildirir ki, bu il Nikita simulyatorda çalışacaq, həftəsonlarında komandanın proqramını yerinə yetirəcək və paralel olaraq Avropanın Formula3 çempionatında çıxış edəcək…

Nikita Mazepin: “Mən Sahara Force İndia komandasına qoşulmağa şadam. Bu, mənim karyeramda çox böyük addımdır, mən Viceyə və komandada hər bir kəsə təşəkkür edirəm ki, mənə belə bir şans veriblər. Mən çox gəncəm, hələ çox şey öyrənməliyəm və komandanın təcrübəsi mənə kömək edəcək. Mənim məqsədim gələcəkdə Formula1-də çıxış etməkdir və bugünkü bəyanat bu istiqamətdə ilk addımdır. Mən komandanın maşınını təkmilləşdirmək üçün əlimdən gələni edəcəm”.

Vicey Malya, komandanın sahibi: “Nikita bizim komandada Formula1-ə hazırlaşmaq kimi fantastik imkan əldə edib. Bizim gənc sürücülərlə işləmək təcrübəmiz var, Nikita isə çox istedadlı və güclü sürücüdür. Bu il o, öz potensialını nümayiş etdirmək və inkişaf etdirmək imkanı alacaq. Biz yeni simulyatorda intensiv məşqlər planlaşdırırıq, həmçinin onu bizim test proqramımıza da cəlb edəcəyik. Nikita yeni VJM09-un təkmilləşdirilməsində vacib rol oynayacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 216
Teqlər , ,
Paylaş

logo