23 Oktyabr 2017, Bazar ertəsi - 02:47

N.Matsuşita Sauber-lə mövsümiçi testlərdə iştirak edəcək

N.Matsuşita Sauber-lə mövsümiçi testlərdə iştirak edəcək

Müəllif: Elçin Zodorov, redaktor

18:14 - 24 İyul, 2017

Honda-nın gənc sürücülər prqoramının dinləyicisi olan Nobuharu Matsuşita Macarıstan Qran Prisindən sonra Hunqarorinqdə baş tutacaq mövsümiçi testlərdə Sauber-lə bir gün işləyəcək.

F-1.az bildirir ki, yapon sürücü hazırda Formula2-də ART komandasının tərkibində çıxış edir və Hunqarorinqdə də yarışacaq.

Nobuharu Matsuşita: “Dörd yaşım olanda Mixael Şumaxerin çıxışlarından təsirlənmişəm və o vaxtdan Formula1 sürücüsü olmaq istəmişəm. Mən ilk dəfə Formula1 maşınının – Sauber C36-nın sükanı arxasında oturmağı səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, testlər mən və komanda üçün məhsuldar alınar və xeyli şey öyrənə bilərəm. Sauber-ə bu imkanı yaratdığı üçün təşəkkürümü bildirmək istəyirəm”.

Frederik Vassyör: “Nobuharunun bu şansı əldə etdiyi üçün çox şadam. Mən onun Formula2-dəki çıxışlarını izləyirəm və özünü hər yarış daha da inkişaf edirir. Bu testlər onun arzusuna – Formula1 sürücüsü olmağa doğru daha bir addımdır”.

Qeyd edək ki, komanda daha əvvəl testlərdə isveçli Qustav Malyanın köməyindən istifadə edəcəyini açıqlamışdı…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 760
Teqlər , , , ,
Paylaş

logo