19 Noyabr 2017, Bazar - 01:33

N.Matsuşita McLaren-in təkmilləşdirmə üzrə sürücüsü seçilib

N.Matsuşita McLaren-in təkmilləşdirmə üzrə sürücüsü seçilib

Müəllif: Elçin Zodorov, redaktor

14:58 - 20 Fevral, 2016

Bu barədə komandanın rəsmi twitter bloqundan xəbər verilib…

F-1.az xəbər verir ki, McLaren Honda yaponiyalı Nobuharu Matsuşitanı təkmilləşdirmə üzrə sürücüsü elan edib. Gənc sürücü həm McLaren-in simulyatorunda çalışacaq, həm də GP2 karyerasını davam etdirəcək.

Nobuharu Matsuşita: “McLaren Honda komandasına qoşulduğum üçün xoşbəxtəm. Formula1-ə addım atmaq uşaqlıq arzumdur. Bu, mənim karyeram üçün olduqca böyük addımdır. Təkmilləşdirmə pilotu kimi simulyatorda işləyəcəm. Komandaya fikirlərimi bildirərək dəstək olacam…”

Qeyd edək ki, Matsuşita keçən il GP2-də debüt edib. ART Gran Prix komandasında çıxış edən sürücü 21 yarışa çıxıb. Macarıstanda qələbə qazanıb və mövsümü 9-cu yerdə başa vurub.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 526
Teqlər , , ,
Paylaş

logo