N.Mənsell: “McLaren-i çətin günlər gözləyir”

Formula1 üzrə 1992-ci ilin Dünya Çempionu Naycel Mənsell bildirib ki, McLaren bu il çox ciddi qərar qəbul etməlidir.

F-1.az xatırladır ki, britaniyalılar builki mövsümə böyük ümidlərlə başlasalar da, Honda mühərriyinin etibarlılıq problemlərinə görə rəqiblərindən xeyli geridə qalıblar. Formula1-in ən titullu 3-cü komandası 6 yarışdan sonra xal qazana bilməyən yeganə kollektivdir.

Naycel Mənsell: “Həm McLaren, həm də Honda-ya görə məyusam. Mən 80-ci illərdə Honda mühərriyi əla vəziyyətdə olarkən onlarla işləmişdim və buna görə şanslıyam. Bir yerdə çox önəmli işlər görmüşdük. İndi isə işlərin onlar üçün belə tərsinə dönməsi çox pis olub. McLaren çətin qərar qəbul etməlidir və görək bu prosesə necə nəzarət edəcəklər. Ümid edirəm ki, yenidən layiq olduqları yerlərə qayıdarlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*