23 Noyabr 2017, Cümə axşamı - 11:41

N.Lauda yeni sıralanma turu formatından razıdır

N.Lauda yeni sıralanma turu formatından razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

08:48 - 25 Fevral, 2016

Eks F1 pilotu Niki Lauda bildirib ki, o, yeni sıralanma turu reqlamentinə dəstək verir.

F-1.az xəbər vermişdi ki, Formula1-də sıralanma turunun formatı dəyişdirilir. Artıq sıralanma dövrələrində hər 90 saniyədən bir sürücü mübarizəni dayandıracaq. Beləliklə, sıralanma turu daha maraqlı olacaq.

Niki Lauda yeni formatdan razı olduğunu bildirib: “Bu fanlar üçün yaxşı oldu. Artıq daha çox maşın görə biləcəklər.

Artıq heç kəs qarajda yatmayacaq. Bu dəyişiklik yerinə düşdü. Yeni formatı bəyəndim.

2017-ci ildə daha aqresiv və daha sürətli bolidlər olmalıdır. Mühərriklər isə 2018-ci ildə dəyişə bilər. Hər şey mart ayında bilinəcək”.

Lauda həm də bildirib ki, o Mercedes AMG komandasının bu il də uğur qazanacağına əmindir: “İki dəfə üst-üstə çempion olduğunuz zaman narahat olmalısınız, amma biz yaxşı hazırlaşmışıq.

Rosberq və Həmilton fantastik sayda dövrələr vurdular. Biz proqramı azaltsaq da, onlar yenə çox dövrə vurdular”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , , , ,
Paylaş

logo