26 Sentyabr 2018, Çərşənbə - 01:01

N.Lauda vəziyyətdən narazıdır

N.Lauda vəziyyətdən narazıdır

Müəllif: Rauf Hacıyev, redaktor

14:10 - 13 Aprel, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Fettellə Həmilton arasında amansız mübarizə olacaq.

F-1.az xatırladır ki, Ferrari mövsümə əla start verib və italyanlar Mercedes-in üçillik hegemonluğunu bitirmək qərarındadırlar. Amma Lauda komandasının hegemonluğunun bitməsini istəmir: “Belə görünür ki, Sebastyan və Lyuis arasında mövsümün sonuna qədər mübarizə davam edəcək. Bu, fanlar üçün yaxşı olsa da, mən hər şeyin son 3 ildəki kimi olmasını istərdim.

Çindəki qələbədən sonra komandada rahatlanma oldu. İlk yarışımızı qazanmaq önəmli idi və bu baş verdi. Artıq daha böyük hədəflərimiz var. Maks son yarışda əla nəticə göstərdi, amma Red Bull hazırda bizdən çox uzaqdadır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 108
Teqlər , , , ,
Paylaş

logo