N.Lauda təqaüdə çıxır?

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda 2020-ci ildən sonra təqaüdə çıxa bilər.

F-1.az xatırladır ki, avstriyalı 3 qat Dünya Çempionu bu il Almaniyanın məşhur RTL telekanlında şərhçi vəzifəsindən də istefa vermişdi.

Niki Lauda: “Hər yarışda komanda ilə bir yerdəyəm, amma RTL-dəki vəzifəmdən gedəndən sonra bütün gücümü bu işə verib daha fayfalı ola bilərəm. Mercedes-lə 2020-ci ilə qədər müqaviləm var. Daha sonra nə olacağını bilmirəm. Bəlkə, təqaüdə çıxaram. Lakin buna çox var və hazırda komandanı necə inkişaf etdirəcəyimizi düşünürəm. Ailəmlə də vaxt keçirtməyi sevirəm və bunun üçün özümə də vaxt ayırmalıyam. İldə 21 həftəsonumu onlardan ayrı keçirirəm və qalan vaxtlarda bir oluruq. Ailəm buna görə şikayətlənmir. Bu da mənə motivasiya verir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*