16 Dekabr 2017, Şənbə - 20:50

N.Lauda Mercedes-də qalacaq?

N.Lauda Mercedes-də qalacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

13:50 - 03 Oktyabr, 2016

Mercedes AMG-nin qeyri-icraçı direktoru Niki Laudanın komanda ilə olan müqaviləsi 2017-ci ildə bitəcək. Amma avstriyalı əfsanə bildirib ki, almanlardan təklif gəlsə, komandada qalacaq…

F-1.az xatırladır ki, paddokda gəzən şayiələrə görə, Mercedes Motorsports-un başçısı Toto Volff Formula1-in kommersiya başçısı Berni Ekklstounu əvəzləyə bilər. Laudanın isə müqaviləsi 2017-ci ilin sonunda bitəcək.

Toto Volff: “Burada gördüyümüz işdən həzz alırıq. Ən vacibi də budur. Münasibətimiz yaxşıdır və görək nə baş verəcək”.

Lauda isə Mercedes-də qalmağa razıdır: “Əgər bu cür təklif gəlsə, qəbul edərəm”.

Avstriyalı bildirib ki, Volff Rosberq və Həmiltonu idarə etməyə çalışdığı halda, o, aranı yumşaldan adam olur: “Volff bəzən çox sərt qərarlar qoymaq istəyir. Mən isə ona deyirəm ki, onlar sadəcə sürücüdürlər və aranı yumşaldıram”.

Toto Volff: “Onları idarə etmək istəmirik, amma özbaşlarına da buraxa bilmərik. Onların münasibətləri dəyişkəndir. Araları o qədər də yaxşı deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , , , , , ,
Paylaş

logo