23 Oktyabr 2017, Bazar ertəsi - 17:24

N.Lauda: “İspaniyada hər şey sıfırdan başlayacaq”

N.Lauda: “İspaniyada hər şey sıfırdan başlayacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

16:12 - 08 May, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, İspaniyada komandaların gətirəcəyi yeniliklərə görə çempionat sıfırdan başlayacaq.

F-1.az xatırladır ki, bu mövsüm keçirilən 4 yarışda Mercedes və Ferrari zirvə uğrunda mübarizə apardığı halda, Red Bull onlardan geri qalmışdı. Mövsümün ilk Avropa yarışı İspaniyaya bütün komandaların yeniliklər gətirməsi gözlənilir.

Niki Lauda: “Çox bəsitdir. Hamı yenilik gətirəcək. Mövsüm yenidən başlayacaq. Amma kimin daha yaxşı yeniliklər gətirəcəyini bilmirəm. Barselonada sərbəst yürüşlərdə və daha sonra yarışda dəqiq görəcəyik.

Bottas Rusiyada ilk qələbəsini əldə etdi. İndi gözləyək görək növbəti yarışlarda nə olur, amma Həmilton böyük istedaddır və Dünya Çempionudur. Bottas onu keçən yarış məğlub etdi, lakin sonrakı 3 yarışda Həmilton onu geridə qoya bilər. Bir onu deyə bilərəm ki, Niko Rosberqi layiqincə əvəz edir. Bir poul və bir yarış qazandı. Bu bizim üçün pis performans deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 970
Teqlər , , , , ,
Paylaş

logo