15 Dekabr 2017, Cümə - 22:01

N.Lauda: “Həmiltonda sazlanma tapa bilmədik”

N.Lauda: “Həmiltonda sazlanma tapa bilmədik”

Müəllif: Rauf Hacıyev, redaktor

06:17 - 28 May, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Lyuis Həmiltonun sıralanma turunda son sessiyaya qala bilməməsinin səbəbi sazlanmalar olub.

F-1.az xatırladır ki, Lyuis Həmilton Monakodakı sıralanma turunda 14-cü olsa da, komanda yoldaşı Bottas 3-cü olub və finlandiyalı sürücü lider Rəykkönenə 0.045, ikinci yerin sahibi Fettelə isə 0.002 saniyə uduzub.

Niki Lauda: “Lyuisin bolidində doğru sazlanmaları tapa bilmədik və buna görə də pis nəticə aldıq, amma problemləri təhlil edib yarışa daha yaxşı sazlanma ilə başlamalıyıq. Ən azından zərəri minimuma endirə bilərik.

Bottasın bolidi yaxşı idi. Fettellə demək olar ki, eyni nəticəni göstərdi və poulu az fərqlə əldən verdi. İki bolid arasındakı böyük fərqi tapmalıyıq. Ümid edirəm ki, gözəl bir gün olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 84
Teqlər , , , , ,
Paylaş

logo