N.Lauda: “Həmilton təzyiq altında deyil”

Mercedes komandasının qeyri-icraçı direktoru bildirib ki, Həmiltonun F1 medyası ilə yaşadığı problemlər onu qayğılandırmır.

F-1.az xatırladır ki, Həmilton mətbuat konfransında şəkil çəkib, Snapchat-a atmışdı və jurnalistlır tərəfindən tənqid edilmişdi.

Həmilton 6-cı gün mətbuat konfransını tərk etmişdi və Mercedes-in Ferstappeni şikayət etməsinə TwItter-də axmaqlıq yazmışdı.

Amma Lauda bu hadisələri ciddiyə almır: “Lyuis mətbuatın təzyiqi altında deyil. Bəzən danışmaq istəməzsiniz. Bu sizin üçün ən yaxşısıdır. Bəzən də çox danışarsınız. Bu labüddür. Mən belə jurnalistlərlə hər gün danışmaq istəmirəm!

Düşünürəm ki, bunu həll edə bilərik və narahat deyiləm. Biz çempion olduq və hər şeydən vacib budur”.

Lauda üçüncü mühəndislər çempionluğuna görə məmnundur: “Bu çempionluğu qazandığımız üçün xoşbəxtəm. Özüm üçün yox, zavoddakı işçilərə görə sevinirəm. Bu il çempion olmaq üçün hər şeyi mükəmməl etdik. Qazana bilmirsənsə, deməli, hər şeyi səhv etmisən. Başqa sözüm yoxdur.

Niko mükəmməl idi, amma Lyuis startda səhv etdi. Bəzən belə hallar olur. Ferrari və Red Bull sürətli idi və rahat deyildik. Amma qalib gələ bildik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*