N.Lauda: “Həmilton gülməli danışırdı”

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda Həmiltonun Əbu Dabidəki taktikasını sorğulayıb və britaniyalının hərəkətlərinin çox riskli olduğunu deyib.

F-1.az xatırladır ki, Həmilton çempion olmaq üçün yarışı qazanmalı və Rosberq isə ən yaxşı halda 4-cü olmalı idi. Amma britaniyalı bu planın normal hallarda reallaşmadığını gördüyü halda, sürətini azaldaraq Rosberqi ləngitməyə başlamışdı.

Komandası Həmiltondan bir neçə dəfə sürətlənməsini istəsə də, britaniyalı təlimatları dinləməyərək, yavaş getməyə davam etmişdi. Beləliklə də, Fettellə Ferstappenin Rosberqə yaxınlaşmasını təmin etmişdi.

Niki Lauda: “Bu hiylələrdən keçmişdə biz də istifadə etmişik. Lyuisi anlayıram. Digər tərəfdən komandanın çəkdiyi əziyyət də ortadadır. Mercedes bu yarışları ən təhlükəsiz formada qazanmalıdır. Yarışın sonu isə həyəcanlı olsa da, təhlükəli idi. Buna görə də ona sürətlənməlisən dedik. O da bizə “Məni sərbəst buraxın. Yarışıram” dedi və bu da gülməli söhbət idi. Onunla danışacam və görək sonra nə olur”.

Xatırladaq ki, Lauda da 1984-cü ilin son yarışını komanda yoldaşı Prostdan sonra ikinci bitirərək, Dünya Çempionu titulunu qazanmışdı. Jurnalistlər Laudadan “Həmiltonun yerinə olsaydınız, siz də eynisini edərdiniz?” sualını soruşublar: “Komanda yoldaşlarımın xətrinə dəymədən danışacam. Keçmişdə biz də bu cür oyunlar oynadıq, amma digər sürücülərə hörmət edirdik. Niko il ərzində əla iş gördü və son yarışdan əvvəl 12 xallıq üstünlüyü var idi. Mən onu 4-cü yerə salmaq barədə fikirləşə bilməzdim. Lyuisin radiodakı sözləri gülməli idi”.

Lauda stəkanın dolu tərəfini də görür: “Sözün açığı, bundan yaxşısı ola bilməzdi. Reallığı danışmaq lazımdır. Yenə də çempionuq. Nikonu təbrik edirəm. İlk çempionluğu qazanmaq böyük əziyyət tələb edir. Bu hal bizim üçün də əladır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*