22 Noyabr 2017, Çərşənbə - 07:31

N.Lauda: “Həmilton fantastik idi”

N.Lauda: “Həmilton fantastik idi”

Müəllif: Rauf Hacıyev, redaktor

21:18 - 24 İyun, 2017

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda bildirib ki, Lyuis Həmilton Azərbaycan Qean Prisinin sıralanma turunda heyrətamiz bir dövrə vurubdu.

F-1.az xatırladır ki, britaniyalı sürücü cümə günü sərbəst yürüşlərində sazlanma tapmaqda çətinlik çəkmiş və günü 10-cu yerdə bağlamışdı. Lakin britaniyalı üçqat dünya çempionu sıralanma turunun hər sessiyasında özünü təkmilləşdirərək poul qazanıb. 32 yaşlı sürücü ikici yeri tutan komanda yoldaşı Bottası 0.4 saniyə qabaqlayaraq 66-cı poulunu əldə edib və bu statistikada ikinci pilləyə yüksəlib.

Niki Lauda: “Cümə günü bəzi problemlər yaşadıq, amma komanda mükəmməl sazlanmalar taparaq əla iş gördü. Lyuisin vurduğu poul dövrəsi… Hələ də belə şey görməmişəm! Mühəndislərimiz və mexaniklərimiz inanılmaz işlədilər. Belə dövrəni heç kim vura bilməzdi. Fantastik idi. Digər sürücülərlə fərqə baxsaq, bunu təkcə Lyuis edə bilərdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 64
Teqlər , , , , , ,
Paylaş

logo