17 Oktyabr 2017, Çərşənbə axşamı - 20:57

N.Lauda: “Fettel ən böyük günahkardır”

N.Lauda: “Fettel ən böyük günahkardır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:07 - 22 Sentyabr, 2017

Formula1 üzrə üçqat Dünya Çempionu Niki Lauda bildirib ki, Sinqapur yarışının startındakı insidentdə ən böyük günah Sebastyan Fetteldə olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın startında Maks Ferstappeni sıxışdırmaq istərkən, komanda yoldaşı Rəykköneni görməmiş və hər 3 sürücü bir-birilə təmas yaşayaraq mübarizəni dayandırmışdı.

Niki Lauda: “Startı izləyən hər kəs günahın Fetteldə olduğunu anlayar. Bunu müzakirə etməyə belə dəyməz. Çempionatda bu qədər üstün olduğun halda, niyə bu qədər risk edəsən ki? Özünü yandırdı. Mənim dövrümdə belə səhvdən mübarizəni dayandırsaydıq, bizi Maranelloya piyada gəzə-gəzə göndərərdilər. Bu hadisələrdən sonra Fettelə cəza verilməməsi məni təəccübləndirdi. Stüardlar nə düşündü bilmirəm. Amma hər şey göz qabağındadır. Sebastyan rahatlıqla qazana biləcəyi yarışı öz əlləri ilə məhv etdi. Əgər bu yarışa görə çempionluğu itirsə, təəssüflənəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 152
Teqlər , , , ,
Paylaş

logo